waplog

Çində mobil internet daha populyardır


Çin əhalisinə görə dünyanın ən böyük ölkəsidir. 2014-cü ilin iyununa olan məlumata əsasən, Çində internet istifadəçilərinin sayı 632 milyon təşkil edir.
 
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, Çində xeyli istifadəçi internetə çıxış üçün mobil qurğulardan istifadə edir. Belə ki mobil qurğuların köməyi ilə 527 milyon çinli (internet istifadəçilərinin ümumi sayının 83%-i) internetə daxil olur. Eyni zamanda 512 milyon istifadəçi kompüterlərin köməyi ilə qlobal şəbəkəyə daxil olurlar.
 
Çində internetin nüfuzetmə səviyyəsi, əsasən, ultra yığcam cihazların geniş yayılması ilə bağlıdır. Son 6 ayda internet istifadəçilərin ümumi sayı 2,3% artıb. Bu halda mobil qurğulardan internetə daxil olan istifadəçilərin sayı 5,4% artıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL