waplog

“4K” televizor bazarının həcmi 20 milyona çatacaq


Tayvan istehsalçılarının proqnozuna əsasən, 2014-cü ildə “Ultra HD” (4K) formatlı 20 milyon televizor buraxılacaq.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Cənubi Koreya və Çin şirkətlərinin aktivliyi UHD TV bazarının inkişafına səbəb olacaq. İstehsalçılar Tayvan və Koreya şirkətləri tərəfindən təqdim edilən ucuz panellərin köməyi ilə ultra dəqiq televizorların qiymətini ucuzlaşdıra biləcəklər.
Bazar analitikləri hesab edirlər ki, cari ildə istehsalçılar 48-85 düymlük diaqonallı ekranla təchiz edilmiş “4K” televizorların tədarükünə üstünlük verəcəklər.

“Digitimes Research” tədqiqatçılarının proqnozuna görə, 2013-2017-ci illərdə 3840 x 2160 piksel təsvir ölçülü televizorların tədarükü orta hesabla hər il 160% artacaq və proqnozlaşdırılmış dövrün sonunadək 68,2 milyona çatacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL