“Apple” xüsusi xidmət orqanlarına xidmət edir?
“Apple” şirkətinin 600 milyondan çox mobil məhsulunda sənədsiz xidmətlər mövcuddur, bu da nəticədə xüsusi xidmət orqanlarına i-qurğu sahibi haqqında informasiya əldə etməyə imkan verir. Bu haqda Nyu-Yorkda “Hackers On Planet Earth (HOPE/X)” konfransında çıxış edən müstəqil ekspert və tərtibatçı Conatan Zdiziarski deyib.
“NerveGas” niki ilə tanınan Zdiziarski tərtibatçılar cəmiyyətində ən nüfuzlu mütəxəssislərdən biridir.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Zdiziarskinin araşdırmasına əsasən, hər bir “iOS” qurğuda onun sahibi haqda məlumat toplanılmasını asanlaşdıran fon rejimində bir neçə xidmət ('lockdownd, ' 'pcapd, ' 'mobile.file_relay, ' və 'house_arrest’) işləyir. Onun sözlərinə görə, şirkət hüquq-mühafizə orqanlarının marağı naminə qurğuya giriş üçün bu xidmətlərdən istifadə edir. Bu halda, “iPhone” smartfonu şirkətin özü və xüsusi xidmət orqanları istisna olmaqla, başqa hakerlərdən tamamilə qorunub.
Sənədsiz xidmətlər “USB”, “Wi-Fi” və güman ki, mobil şəbəkə ilə qoşulduqda qurğunun tərkibinə tam giriş imkanı yaradır. Ekspertin sözlərinə görə, bekdorlar ünvan kitabçasını, fotoalbom, elektron poçt, SMS yazışmasını tamamilə ələ keçirməyə imkan verir.
"Apple bu xidmətlər işini izah etməlidir – Zdiziarski deyib. – Mən onların təsviri üçün bekdordan yaxşı söz tapa bilməmişəm, amma mən şirkətin izahatını dinləməyə hazıram". Şirkət ekspertin sözlərinə hələ münasibət bildirməyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL