“İnnovativ Biznes-inkubator”un keçirdiyi tədbirlərə maliyyə və təşkilati dəstəyin göstərilməsi ilə bağlı müqavilə imzalanıb
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Müqavilədə ADİU-nun nəzdində yaradılan “İnnovativ Biznes-inkubator”un keçirdiyi tədbirlərə maliyyə və təşkilati dəstəyin göstərilməsi nəzərdə tutulub.
“İnnovativ Biznes-inkubator” layihəsi çərçivəsində tələbə “Start-up”ları üçün peşəkar təlimlərin, yeni başlayan tələbə-sahibkarlar üçün təlim kurslarının keçirilməsi, “Start-up”ların yaradılması üzrə ixtisaslaşdırılmış metodik ədəbiyyatın hazırlanması və dərc edilməsi, biznes-planların və marketinq-strategiyaların işlənib hazırlanması, şəxsi biznesin aparılması və inkişafı üzrə tövsiyələrin işlənilməsi nazirliyin vəsaiti hesabına həyata keçiriləcək.
Universitetdən verilən məlumata görə, müqaviləyə əsasən, həmçinin, biznes-inkubatorların və “Start-up”ların fəaliyyətinə dair maarifçilik materiallarının buraxılışı, ADİU-nun “İnnovativ Biznes-inkubator”unun informasiya saytının yaradılması planlaşdırılıb.
Layihə 2014-cü ilin sonuna qədər davam edəcək və onun reallaşdırılması ölkə universitetlərində müxtəlif profilli biznes-inkubatorların və tələbə “Start-up”larının yaradılmasına və inkişafına əhəmiyyətli təsir göstərəcək.
Qeyd: “İnnovativ Biznes-inkubator”u ölkədə ilk dəfə olaraq ADİU-nun nəzdində yaradılıb. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı” çərçivəsində həyata keçirilən layihənin məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdir.
Layihədə həmçinin, ADİU-nun professor-müəllim heyətinin sosial təminatının yaxşılaşdırılması nəzərdə tutulub.
Onlar “İnnovativ Biznes-inkubator” layihəsi çərçivəsində innovativ biznes yönümlü metodiki vəsaitlərin yazılması, təlim və “master klas”ların keçirilməsi, mentorluq, konsaltinq, biznes planların, keyslərin hazırlanması və bu kimi məsələlərə cəlb ediləcəklər.
İnkubatorun əsas funksiyaları “Start-up” layihələrlə müraciət edənlərə öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi çərçivəsində kömək etməkdir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL