waplog

2014-cü ilin ikinci rübündə qlobal planşet tədarükü 55,06 milyon təşkil edib


“Digitimes Research” analitiklərinin hesablamasına əsasən, 2014-cü ilin ikinci rübündə dünya bazarına 55,06 milyon planşet tədarük edilib. Ekspertlər bildirirlər ki, ötən illə müqayisədə nəticə 18% artıb.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yuxarıda qeyd edilmiş göstəricinin 14,1 milyonu “Apple” planşetlərinin payına düşüb. “Digitimes Research”in məlumatına görə, aprel-iyun aylarında “iPad” planşetinin tədarük həcmi 10% azalıb. Başqa brendlərin payına 18,96 milyon planşet düşüb. Bundan başqa, “white-box” istehsalçıları 22,3 milyon planşet tədarük ediblər.
 
Bütövlükdə planşet bazarında vəziyyət haqqında danışan mütəxəssislər əlavə ediblər ki, ikinci rübdə tədarükün həcmində mövsümi azalma müşahidə olunub.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL