Rayon telekommunikasiya qovşaqlarında “Elektron qəbul otağı” yaradılacaq
Hazırda “Elektron hökumət” portalında “Rəsmi yazışmalar” bölməsinin başa çatdırılaraq əhalinin istifadəsinə verilməsi üzrə aparılan işlər yekunlaşmaq üzrədir.
Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, “Dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna onlayn yazılmaq” və “Dövlət qurumlarına onlayn müraciət” elektron xidmətləri “Rəsmi yazışmalar” bölməsində istifadəyə veriləcək və bu bölmənin istifadəyə verilməsindən sonra vətəndaşlar qeydiyyatdan keçərək həm dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna yazıla biləcəklər, həm də istənilən dövlət qurumuna öz ərizə və şikayətlərini göndərə biləcəklər.
Bu xidmət vasitəsilə qəbula yazılmalar və göndərilən şikayətlər sistem tərəfindən izlənəcək və icra müddətlərinə avtomatik nəzarət olunacaq. İcra müddətində baxılmayan müraciətlər portalda xüsusi bölmədə göstəriləcək.
Eyni zamanda bu layihə çərçivəsində “Elektron qəbul otağı”nın yaradılması nəzərdə tutulur və “Elektron qəbul otağı” yuxarıda qeyd olunan e-xidmətlərdən vətəndaşların yerlərdə geniş şəkildə istifadə edə bilmələri üçün şərait yaradılmasına, onların e-imza ilə və ya kod-parolla təmin edilmələrinə və maarifləndirmə xarakterli işlərin aparılmasına xidmət edəcək. Bu məqsədlə rayon telekommunikasiya qovşaqlarında xüsusi otağın ayrılması, lazımi avadanlıqlarla təchiz edilməsi və tam şəkildə təlimatlandırılmış işçilərin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, “Elektron qəbul otağı”nın yaradılması yerlərdə vətəndaşların “Elektron hökumət” portalının imkanlarından daha səmərəli şəkildə faydalanmalarına təkan vermiş olacaq. Eyni zamanda “Elektron qəbul otağı”nın fəaliyyətə başlamasından sonra yerlərdə əhalini daha çox maraqlandıran və narahat edən sahələrin, xidmətlərin və problemlərin öyrənilməsi və gələcəkdə həmin sahələrin elektronlaşdırılması mümkün olacaq.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL