waplog

Regionlarda elektron növbəlilik sisteminin tətbiqi sürətləndirilir


"Aztelekom" İB regionlarda ilk öncə böyük qovşaqlarda elektron növbəlilik sistemi tətbiq edəcək. Bu barədə birlikdən verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, ilk gediş kimi bu sistem Gəncə TKİ, Abşeron və Sumqayıt TKQ-lərdə tətbiq ediləcək. Növbəli idarəetmə sistemi (NİS) Telefon Qovşağının abunə şöbəsinə daxil olan vətəndaşların təyin olunan xidmət personalına birbaşa istiqamətləndirilməsi xidmət səviyyəsinin bir qədər də yüksəldilməsinə şərait yaradıb. Bu sistem yaxın günlərdə birliyin digər qovşaqlarında da tətbiq ediləcək. Yaxın gələcəkdə isə bu sistem ölkənin böyük şəhərlərində, daha sonra isə rayon mərkəzlərinə də tətbiq ediləcək. NİS sistemi (və ya elektron növbə) təşkilat daxilində ziyarətçi axınının avtomatik paylanması üçün nəzərdə tutulmuş bir proqram-aparat təminatıdır.

Bununla yanaşı, sistem bir sıra tapşırıqları yerinə yetirir: ziyarətçilərə sorğu məlumatlarının təqdim edilməsi, ziyarətçilərin vaxt və tarix üzrə qəbula yazılmaq imkanı, təşkilatın əməkdaşlarının işinə dair məlumatların toplanması və s.

  Ziyarətçilərə xidmət göstərilən zalın girişdə sensor ekranlı, intuitiv aydın interfeysə malik yerüstü və ya divarüstü informasiya köşkləri (onları həmçinin terminallar, qeydiyyat pultları, dispenserlər və ya nömrə aparatları da adlandırırlar) quraşdırılır. Bu ekran vasitəsilə ziyarətçi təşkilatın xidmətləri barədə məlumat əldə edə, ona lazım olan xidməti seçə, növbəyə yazıla və ya personalın işinə dair rəy verə bilər. Müəyyən düyməni basdıqdan sonra informasiya köşkü ziyarətçiyə üzərində seçilmiş xidmətin, pəncərənin nömrəsi və növbənin nömrəsi qeyd edilmiş talon verir. Həyata keçirilmiş əməliyyatlar barədə bütün məlumatlar qeydə alınır və məlumatlar bazasına daxil edilir.
 
RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL