waplog

“TSMC” şirkəti “Apple” üçün prosessor hazırlayacaq


Çox güman ki, “TSMC” şirkəti “iPhone” və “iPad” üçün ən böyük prosessor istehsalçısı olacaq. Bu haqda “Digitimes” resursu yazıb.

Mənbələr yazır ki, artıq hazırda Tayvanın yarımkeçirici komponent istehsalçısı gələcək “iPhone 6” smartfonları üçün “Apple A8”  prosessorlarını hazırlayır, həmçinin 2015-ci ildə növbəti “A9” nəslinin istehsalına sifariş alıb.

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “TSMC” 2015-ci ilin ikinci yarısında 16 nanometrlik texnoloji proses tətbiqini və “A9” prosessorunun istehsalını planlaşdırır.

“Apple” şirkəti daima “Samsung”la istehsal münasibətlərinə son vermək istəyir, şirkət sonuncu ilə daima patent mübahisəsi aparır. Ancaq bundan əvvəl “TSMC” tərəfindən yaradılmış prosessorların sınaq partiyaları “Apple” şirkətini razı salmayıb, Amerika şirkəti bundan sonra Koreya istehsalçısına müraciət edib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL