waplog

Azərbaycanda qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması və milli innovasiya sisteminin hazırlanması müzakirə edilib


AMEA Elmi İnnovasiyalar Mərkəzində (EİM) “AMEA Elmi İnnovasiyalar Mərkəzinin fəaliyyət istiqamətləri” mövzusunda tədbir keçirilib. EİM-in Baş direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Azər Namazov mərkəzin məqsəd və vəzifələri, strategiyası, fəaliyyət konsepsiyası ilə bağlı çıxış edib.
 
 Sonra EİM-in əməkdaşları Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması və milli innovasiya sisteminin hazırlanması, respublikada aparılan elmi tədqiqat işlərinin qeydiyyatı və hesabatların fonda qəbulu, EİM-də işlənilən innovasiya layihələri, Azərbaycanın elmi jurnallarının INSPEC bazasında yerləşdirilməsi, EİM-də təlim-tədris fəaliyyəti, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq mövzularında məruzə ediblər. Müzakirələr və fikir mübadiləsi keçirilib.
 
Mərkəzdən verilən məlumata görə, sonda yekun sözü ilə A.Namazov və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış ediblər. Görüşdə AMEA-nın elmi potensialı, konkret innovativ layihələrin işlənilməsi, layihələrin hazırlanması və icrası məsələlərinə toxunulub.
 



Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL