waplog

Eynəkdən qurtulmağa imkan verəcək displey hazırlanıb


ABŞ-ın Kaliforniya Universitetinin alimləri gözü zəif olan insanlara təsviri dəqiq görməyə və eynək taxmaqdan xilas olmağa imkan verəcək displey prototipi hazırlayıblar. Texnologiyanın mahiyyəti hər piksellə şüalandırılan işığın dəyişməsində və onun birbaşa gözün tor qişasına plastik filtrdəki kiçik dəlik vasitəsilə ötürülməsindədir. Şüalar buynuz qişaya çatanda, göz üçün dəqiq təsvir yaradılır.


Beləliklə, alqoritmlər əvvəlcədən gözün ekranda təsviri necə korlamasını müəyyənləşdirə bilir və onu insan gözünün itiliyinə uyğun korrektə edir. Yeni texnologiya Massaçusets Texnoloji İnstitutu (MIT) və “Microsoft” korporasiyasının tədqiqatçıları ilə birgə ərsəyə gətirilib. Alimlərin yeni texnologiya ilə bağlı məruzəni avqustda Vankuverdə (Kanada) keçiriləcək beynəlxalq konfransda təqdim edəcəyi gözlənilir.


Texnologiya eynək və kontakt linzalar vasitəsilə aradan qaldırılması mümkün olmayan fiziki qüsurla əlaqədar ağır xəstəliklərə tutulmuş insanlara kömək edəcək. Məsələn, bu xəstəliklər sırasına gözün işıq şüalarının qeyri-bərabər sınması ilə bağlı sferik aberrasiyasını aid etmək olar.


Alimlər “Canon” rəqəmli kamerası ilə yeni displeyi uğurla sınaqdan keçiriblər. Kameranın fokus məsafəsi məxsusi olaraq elə qurulub ki, gözün uzağı pis görmə kimi müxtəlif problemlərini imitasiya etmək mümkün olsun. Növbəti addım insanların real dünyada istifadə edəcəkləri yeni prototip yaratmaqdan ibarətdir. Buna isə bir neçə il lazım olacaq. Odur ki, texnologiyanın kommersiya tətbiqinə hələ çox var, - “Vesti www.vesti.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL