“Xalq kompüteri” layihəsi üzrə 23 035 nəfər kompüter əldə edib
İnformasiya texnologiyalarının cəmiyyətə nüfuzetmə səviyyəsini artırmaq, əhalinin kompüterlərlə təminatını yaxşılaşdırmaq məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Xalq kompüteri" layihəsi davam edir. Hal-hazırda 23 035 nəfər layihə iştirakçısı kompüter əldə edib.
Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinə müasir kompüterlər və lisenziyalı proqram təminatı almaq üçün şərait yaratmaq, regionlarda İKT-nin geniş tətbiqi vasitəsilə "rəqəmli fərqliliyi" aradan qaldırmaq və Azərbaycan hökumətinin informasiya cəmiyyəti və "Elektron hökumət"in inkişafına yönəlmiş fəaliyyətlərini dəstəkləməkdir.
Xalq kompüteri" layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüterlər almaq imkanı əldə ediblər. Layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25 faizdən 40 faizə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə təqdim edilir. İstifadəçilər öz istəyi ilə əlavə olaraq "DrWEB" anti-virus proqram təminatı, ADSL modemləri və "Azercell" mobil rabitə operatorunun DATA-kartı da əldə edə bilərlər.
Layihə çərçivəsində "HP" şirkətinin mini-noutları (MiniNote), noutbukları (Laptop) və stolüstü kompüterləri (Desktop) təqdim olunur. Bütün bu avadanlıqlarda "Microsoft" şirkətinin lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bu, Azərbaycanın Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir. Bütün kompüter alan müəllimlərə əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər verilir.
Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" MMC tərəfindən təmin edilir. Layihə "Azərpoçt" və "HP"-nin və "Microsoft"un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL