İdxal-ixrac əməliyyatlarında elektron bəyannamənin tətbiqi gömrük prosedurunu xeyli sadələşdirəcək
İdxal-ixrac əməliyyatları üçün tələb olunan sənədlərin azaldılması və bu əməliyyatlar üzrə elektron bəyannamənin tətbiqi gömrük prosedurunu xeyli sadələşdirəcək.
Belə ki, ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 3 mart 2014-cü il tarixli fərmanı ilə mövcud qanunvericiliyə müvafiq dəyişikliklər edilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün gömrük orqanlarına şəxslər tərəfindən ixrac əməliyyatları üzrə 8 və idxal əməliyyatları üzrə isə 11 sənədin təqdim edilməsi tələb olunurdu.
1 noyabr 2014-cü il tarixdən qüvvəyə minəcək qeyd olunan qaydalara edilmiş dəyişikliklərə və eyni zamanda paralel olaraq həmin tarixdə qüvvəyə minəcək “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na uyğun olaraq gömrük məqsədləri üçün artıq 3 sənədin mallar və nəqliyyat vasitələri barədə məlumatları özündə əks etdirən kağız üzərində yazılı və elektron formada gömrük bəyannaməsi ilə birgə gömrük orqanlarına təqdim olunması nəzərdə tutulur.
Qeyd olunan qanunvericilik aktlarının qəbulu idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılmasına şərait yaratmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə, gömrük rəsmiləşdirilməsi və nəzarəti və müddətinin mümkün qədər qısaldılmasına, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə, ölkədə əlverişli biznes mühitinin formalaşdırılmasına və ən nəhayət, ölkənin iqtisadi, milli təhlükəsizliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılmasına əlverişli zəmin yaradacaq.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL