waplog

Elmi seminarda İnnovativ informasiya iqtisadiyyatının formalaşması problemləri müzakirə olundu


AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrarası elmi seminar keçirilib.

Seminarda elmi məruzə ilə çıxış edən dosent Əlövsət Əliyev qeyd edib ki, dünyanın qabaqcıl dövlətlərinin əsas inkişaf tendensiyalarına müvafiq olaraq Azərbaycanda iqtisadiyyatın informasiyaya, biliyə, İKT-yə, texnologiyaya, innovasiyaya əsaslanaraq inkişaf etdirilməsinin zəruriliyi elmi cəhətdən əsaslandırılmaqla bir sıra rəsmi dövlət sənədlərində təsbit olunmuş və bu istiqamətdə müəyyən tədbirlərin yerinə yetirilməsinə başlanılıb. O, seminar iştirakçılarının nəzərinə çatdırıb ki, bu istiqamətdə yerinə yetirilən elmi tədqiqat işlərindən  biri də Azərbaycan Respublikası Prezidenti yanında  Elmin İnkişafı Fondunun İKT-2 müsabiqəsi çərçivəsində qalib elan etdiyi və icrasına AMEA  İnformasiya  Texnologiyaları  İnstitutunda cari ilin may ayından başlanmış  “Azərbaycanda  innovativ  informasiya  iqtisadiyyatının formalaşmasının  analizi  və inkişafı üzrə tövsiyələrin işlənilməsi” elmi  layihəsidir (Qrant №EIF-RITN-MQM-2/IKT-2-2013-7(13)-29/21/1).
         
Dosent Əlövsət Əliyev qrant layihəsinin aktuallığı haqqında onu bildirıb ki,  2012-ci ilin sonlarında qəbul olunmuş  “Gələcəyə baxış: Azərbaycan 2020” İnkişaf konsepsiyasında ölkə iqtisadiyyatının inkişafına strateji baxışlar və prioritetlər şərh olunmaqla səmərəli dövlət tənzimlənməsinə və yetkin bazar münasibətlərinə əsaslanan yeni iqtisadi modelin formalaşması məsələsi qoyulub. Bu istiqamətdə iqtisadiyyatın mövcud strukturlarının təkmilləşdirilməsi, qeyri-neft sektorunun, xüsusilə telekommunikasiya və İT-nin inkişaf etdirilməsi göstərilıb. Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi hesabına iqtisadiyyatın şaxələndirilməsi və müvafiq sektorların inkişaf etdirilməsi nəzərdə tutulub.
 
Məruzəçi qeyd edib ki, hazırda formalaşmaqda olan yeni iqtisadiyyatın əsas xüsusiyyətləri onunla müəyyən olunur ki, onun istifadə etdiyi informasiya və bilik resursları ənənəvi resurslardan fərqli olaraq, bir sıra üstün spesifik xüsusiyyətlərə malikdir. Məhz elə buna görə də “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da qloballaşma dövründə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması məsələsi öz əksini tapıb. Bu isə Azərbaycanın mövcud intellektual potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini tələb edir.
Elə bu səbəbdəndir ki, müasir iqtisadiyyatın İKT-yə və informasiyaya əsaslan yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üzrə tövsiyələrin işlənilməsi kifayət qədər aktual məsələdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidenti yanında  Elmin İnkişafı Fondu İKT-2 qrant müsabiqəsi çərçivəsində AMEA  İnformasiya  Texnologiyaları  İnstitutu tərəfindən müsabiqəyə təqdim olunan  “Azərbaycanda  innovativ  informasiya  iqtisadiyyatının formalaşmasının  analizi  və inkişafı üzrə tövsiyələrin işlənilməsi” layihəsini qalib elan etmiş və onun icrasına bir il vaxt ayrılmaqla cari ilin may ayında başlanılıb.
Dosent Əlövsət Əliyev bildirib ki, layihə üzrə qarşıya qoyulan əsas məsələlər aşağıdakılardan ibarətdir:
 
 
 
 
 
 
 
 
 
 
 
Sonra  dosent Əlövsət Əliyev  layihənin əsas məzmunu, layihənin elmi istiqaməti və layihədə qoyulan elmi problem, ümumiyyətlə, layihənin əsas elmi ideyasıni şərh etdi. Layihənin axtarış və innovativ yönümlü olmasını diqqətə çatdıran məruzəçi layihənin 4 mərhələdən ibarət olmaqla aşağıdakı ardıcıllıqla yerinə yetirilməsinin  planlaşdırıldığını nəzərə çatdırdı: 
 
 
 
 
 
 
 
 
Daha sonra dosent Əlövsət Əliyev layihədən gözlənilən nəticələr, onların elmi və təcrübi əhəmiyyəti haqqında onu bildirdi ki,  layihədən gözlənilən əsas nəticə iqtisadi inkişafda innovasiyaların, İKT-nin, biliyin və informasiyanın rolunun, əhəmiyyətinin və təsirinin tədqiqi, innovativ iqtisadiyyatın xüsusiyyətlərinin araşdırılması, iqtisadiyyatın vəziyyətini xarakterizə edən göstəricilərin müəyyənləşdirilməsidir.
Sonra müzakirələr oldu. Müzakirə zamanı seminar iştirakçıları bildirdilər ki,  iqtisadi inkişafla bağlı yeni innovativ idarəetmə təcrübələrinin və metodlarının öyrənilməsi, onların müvafiq idarəetmə orqanlarında istifadəsi ölkədə yeni innovativ informasiya iqtisadiyyatının qurulmasına və səmərəli idarə olunmasına şərait yarada bilər.  
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL