waplog

Polşada kosmik agentlik yaradılacaq


Polşa Seyminin qərarına əsasən, ölkədə Milli Kosmik Agentliyi yaradılacaq.

“POLSA” (Polish Space Agency) adlandırılan yeni təşkilat kosmik sektorun şirkət və tədqiqat institutlarının dəstəklənməsi ilə məşğul olmaqla onların Avropa Kosmik Agentliyindən vəsaitlərin alınmasına yardımçı olacaq. Agentlik həmçinin əlaqələndirici funksiyaları yerinə yetirəcək, laboratoriyalar açacaq, elm və işgüzar dairələr arasında münasibətlərin qurulmasına kömək edəcək.  

İllik fəaliyyəti 5-10 milyon zlot (1,2-2,5 milyon avro) dəyərində qiymətləndirilən “POLSA”-nın mənzil-qərargahı Varşavada yerləşəcək.

Ekspertlərin fikrincə, gələcəkdə Polşa kiçik peyklərin istehsalında və tədqiqat ekspedisiyalarında ixtisaslaşa bilər.
 
Qeyd edək ki, 2012-ci ilin sentyabrında Polşa Avropa Kosmik Agentliyinə üzv olub. 2017-ci ilədək respublika xüsusi şərtlərindən istifadə etmək hüququna malikdir. Bunun sayəsində kosmosla bağlı layihələrin həyata keçirilməsi üçün agentliyə üzvlük haqqının 45 faizi (20 milyon avro) ölkəyə qaytarılacaq.

Polşada Avropa Kosmik Agentliyi çərçivəsində layihələrin maliyyələşdirilməsi üçün ilk müsabiqə 2013-cü ildə elan edilib. Müsabiqə zamanı 5 milyon avro məbləğində sazişlər imzalanıb. Polşa alimləri müşahidə peyklərinin vibrasiyasının azaldılması üçün qurğuların istehsalı, eləcə də peyklərdə günəş panellərinin açılması mexanizminin yaradılması üçün sifarişlər alıblar, - “İTAR-TASS www.itar-tass.com” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL