waplog

1 il ərzində server bazarı 18% artıb


“İDC” şirkətinin son analitik məlumatlarına əsasən, cari ilin ikinci rübündə server bazarı keçən illə müqayisədə 18% artıb. “İBM” korporasiyası isə bu seqmentdə 24,5% bazar payı ilə lider oyunçu olaraq qalır.

Analitiklər bildiriblər ki ki, “İBM” şirkəti rəsmi olaraq server bazarının lideridir, lakin “HP” şirkəti ilə onun arasındakı hədd çox cüzidir.

Server bazarının gəliri ikinci rübün nəticəsinə görə 13,2 milyard dollar təşkil edib ki, bu isə keçən ilin analoji nəticəsindən 17.8% çoxdur.

Faktiki olaraq, bu göstərici 2008-ci ildən bəri ən yüksək rüblük nəticə olub. Belə ki, həmin dövrlərdə server satışları maliyyə böhranı ilə əlaqədar sürətlə aşağı düşməyə başlamışdı.

Bununla belə, “İDC” şirkəti qeyd edib ki, cari ilin ikinci yarısı passiv olacaq və server bazarı, eyni yüksək dinamikanı göstərməyəcək.

"Bir çox şirkətlər avadanlığın yenilənməsi dövrünü bitirir və dünya iqtisadiyyatı üzərində yenidən qeyri-müəyyənlik təhlükəsi yaranıb. Bütün bunlar yeni avadanlıqların satışlarını saxlayan səbəblərdir" – “İDC” məsələni belə şərh edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL