waplog

2015-ci ildən Böyük Britaniyada kağız sürücülük vəsiqələri ləğv ediləcək


Böyük Britaniya hökuməti 2015-ci ilin yanvarından etibarən kağız sürücülük vəsiqələrinin qüvvədən düşəcəyini və onların elektron vəsiqələrlə əvəz ediləcəyini bəyan edib.

Belə ki, sentyabrın əvvəlində ölkədə sürücünün hansı nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmasını, nə qədər cərimə balı almasını, sürücülük vəsiqəsinin nə vaxt qüvvədən düşməsini öyrənməyə imkan verən “View Driving Record” internet servisi rəsmən istifadəyə veriləcək. Xidmətin beta-versiyası martdan “GOV.UK” saytında təqdim olunub.  


Hökumət həmçinin təşkilatlara – avtomobil icarədarlarına, sığortaçılara, işəgötürənlərə və sürücülük təlimatçılarına sürücülər haqqında informasiya əldə etməyə imkan verəcək "Share My Driving Record” servisi üzərində çalışır. İnsanların kağız sürücülük vəsiqələrinin ləğvi ilə bağlı narahatlığına ehtiyac yoxdur.

Belə ki, elektron sürücülük vəsiqələrinin alınması üçün şəxsiyyət vəsiqəsi və fotoşəklin təqdim olunması yetərlidir.  
Sığorta sahəsinin nümayəndələri ümid edirlər ki, yeni sistem sığorta üçün müraciət edən insanların sürücülük tarixçəsinin yoxlanılması prosedurunu sadələşdirəcək və onun dəqiqliyini artıracaq. Bu, həm sığorta şirkətlərinə, həm də müştərilərə vəsaitə qənaət etməyə imkan verəcək, - "Computerworld
www.osp.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL