waplog

Smartfonların qlobal tədarükü 23 faiz yüksəlib


"International Data Corporation" (IDC) analitik şirkəti ikinci rübdə qlobal smartfon bazarı ilə hesabat dərc edib. Ekspertlərin sözlərinə görə, Çin istehsalçıları artım sürətinə görə bütövlükdə bazarı üstələyirlər.
 
2014-cü il aprel-iyunun yekununa görə, qlobal smartfon tədarükü 295,3 milyon təşkil edib ki, bu da ötən illə müqayisədə 23,1 faiz çoxdur. Çinin "Huawei Technologies" şirkəti qurğuların buraxılışını təxminən iki dəfə artırıb ki, bu da şirkətin 6,9 faiz bazar payına sahiblənməsinə imkan verib.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Lenovo" brendinə məxsus smartfonların tədarükü 38.7 faiz yüksəlib. Çin şirkəti 2014-cü ilin ikinci rübündə 15,8 milyon telefon satışa çıxarıb ki, bu da bazarın 5.4 faiz-i deməkdir. Satış həcminə görə dördüncü smartfon istehsalçısı olan "Lenova" şirkəti tədricən beynəlxalq arenada da məşhurlaşır: ötən rübdə "Lenovo" cihazlarının təxminən 15 faiz-i Çindən kənara göndərilib ki, bu da ötən illə müqayisədə 3 dəfə daha çoxdur.
 
"Samsung Electronics" şirkəti ən böyük smartfon istehsalçısı qalır. "IDC" tədqiqat şirkəti tərəfindən baxılan dövrdə Cənubi Koreya nəhəngi 74,3 milyon aparat buraxıb ki, bu da 2013-cü ilin ikinci rübü ilə müqayisədə 3,9 faiz daha azdır. Qlobal "ağıllı" telefon bazarında "Samsung"un bazar payı 32,3 faiz-dən 25,2 faiz-dək azalıb. Cənubi Koreya şirkətini qarabaqara izləyən "Apple" şirkətinin göstəricisi, həmçinin azalıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL