5 il sonra GPS treker bazarının həcmi 3,5 milyard təşkil edəcək
“ABI Research” tədqiqat şirkətinin proqnozuna görə, 2019-cu ildə GPS treker bazarının həcmi 3,5 milyard dollar təşkil edəcək.
Analitiklər artım dinamikasını dəqiqləşdirməsələr də, amma deyiblər ki, bu elektronikanın satış həcmi ona səhiyyə, korporativ sektor, daşınan elektronika istehsalçıları tərəfindən tələbat sayəsində artacaq.
GPS treker dedikdə, insanın hərəkətinə peyk nəzarəti və onun yerinin dəqiq müəyyənləşdirilməsi üçün istifadə olunan qurğu başa düşülür.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər deyirlər ki, fərdi GPS treker bazarının geniş potensialı var, amma bəzi problemlər buna mane olur.
GPS treker bazarı özünə yeni iştirakçı və investisiyalar cəlb etməyə davam edir. Bu yaxınlarda “LG” korporasiyasının buraxdığı “KizON” "ağıllı" saatlar sayəsində valideynlər öz uşağının yerini izləyə və onunla əlaqə saxlaya biləcək. Daşınan cihaz “3G”, “GPS” və “Wi-Fi” simsiz rabitə modulları ilə təchiz edilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL