“Samsung Electronics” şirkətinin xalis mənfəəti 20% azalaraq 6,1 milyard dollar olub
2014-cü ilin ikinci rübündə “Samsung Electronics”in xalis mənfəəti 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 20% azalaraq 6,25 trilyon von (6.1 milyard dollar) təşkil edib. Bu haqda şirkətdən bildirilib.
Hesabat dövründə şirkətin mədaxili 8,9% azalaraq 52,35 trilyon von (52 milyard dollar) təşkil edib.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, əməliyyat mənfəəti 24,6% azalaraq 7.19 trilyon von (7 milyard dollar) təşkil edib. Artıq üç rübdür bu göstərici ardıcıl azalır.
Bununla belə, şirkətin ümumi gəlirinin 61%-ni təşkil edən mobil biznesin əməliyyat gəliri azalıb.
“Samsung Electronics” – beynəlxalq elektronika (yarımkeçirici, telekommunikasiya avadanlığı, yaddaş çipləri, maye kristal ekranlar, mobil telefon və monitor) istehsalçısıdır: Şirkətin qərargahı Cənubi Koreyanın Seul şəhərində yerləşir. Dünyanın 80 ölkəsində şirkətin 286 min əməkdaşı işləyir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL