Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və EİF-in birgə elan etdiyi “İKT-2” müsabiqəsinin qalib layihələri üzrə ezamiyyətlər davam edir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) birgə elan etdiyi “İKT-2” qrant müsabiqəsinin qalibi olan daha bir layihə üzrə işlər gerçəkləşdirilir.
Belə ki, “Azərbaycan elmi jurnallarının monitorinqi və beynəlxalq elmi bazalarda təmsilçiliyi üçün təkliflərin işlənməsi” çərçivəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri Təhmasib Fətəliyev İstanbul şəhərində ezamiyyətdə olub. İnstitutdan bildirilib ki, səfərin məqsədi elmi jurnalların beynəlxalq elmi bazalarda təmsilçiliyi problemlərinin müzakirəsi, bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsidir.
Səfər çərçivəsində layihə rəhbəri T.Fətəliyev İstanbul Texniki Universitetinin (İTU) müvafiq qurumları ilə tanış olub, təşkil olunmuş görüşlərdə problemlərin müzakirəsində iştirak edib.
Həmçinin, universitetin “Kuzey Kıbrıs Türk Cumhuriyeti” Araşdırmalar Mərkəzinin rəhbəri, Kipr Kampusunun rektoru, “Scopus” beynəlxalq elmi bazasına daxil olan “Journal of Hydrology”nin sahə redaktoru, professor Ercan Kahya ilə görüş keçirilib. Görüşdə elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq elmi bazalarda təmsilçiliyi istiqamətində araşdırmaların aparılmasının aktuallığı vurğulanıb və mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb.
Qeyd olunub ki, elmi jurnalların beynəlxalq elmi bazalara daxil olması ölkə alimlərinin elmi nəticələrinin dünyada sürətlə yayılması və tanınması ilə yanaşı, elmi fəaliyyətin qiymətləndirilməsinə də dəstək olacaq. Prof. E.Kahya İTU-nun Kipr Kampusunun perspektivləri haqqında məlumat verib və Azərbaycanın müvafiq qurumları, həmçinin AMEA İTİ ilə elmi əməkdaşlıq əlaqələrinin yaradılmasının vacibliyini vurğulayıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL