waplog

Çin brendləri dünya bazarına 500 milyon smartfon çıxaracaq


"Digitimes Research" analitiklərinin proqnozuna görə, Çinin smartfon istehsalçıları sürətlə populyarlaşır, 2014-cü ildə Çin şirkətləri dünya bazarına 412 milyon aparat tədarük edəcək ki, bu da ötənilki nəticədən 30% yüksəkdir.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, həmçinin 2014-cü ilin ikinci rübü üzrə məlumatlar hesabatda yer alıb. Çin şirkətləri ümumilikdə 101,7 milyon smartfon tədarük edərək ötən rübün nəticəsini təxminən 25% artırıblar. Bu halda "Xiaomi Technology", "Huawei Device" və "Coolpad" şirkətləri tədarük üzrə liderdirlər: bu şirkətlər müvafiq olaraq 14,8, 13,5 və 10,1 milyon "ağıllı" telefon buraxıblar.

Həmçinin Çin müəssisələrində hazırlanmış qurğuların 37.8 milyonu xarici bazarlara göndərilib. 2014-cü ilin birinci rübü ilə müqayisədə bu ölkədən smartfon ixracının həcmi 10,2 milyon artıb.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL