waplog

“Sony Playstation” satış həcminə görə “Xbox” oyun konsolunu üç dəfə ötüb


"Sony" şirkəti 2014-cü ilin ikinci rübündə 3,5 milyon oyun konsolu satıb. "Microsoft" şirkəti müvafiq dövrdə yalnız 1.1 milyon "Xbox 360" və "One" oyun konsolu satıb.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Sony" şirkəti 2014-cü il iyunun 30-da maliyyə ilinin birinci rübünə yekun vurub. Nəticələrə görə, şirkət 1,81 trilyon yena (təxminən 17,9 milyard dollar) məbləğində gəlir qazanıb ki, bu da ötən illə müqayisədə 5% yüksəkdir. Xalis mənfəət 8.5 dəfə artaraq 26,8 milyard yena (təxminən 265 milyon dollar) olub. Oyun bölməsi göstəricilərin artımına böyük töhfə verib: "Games & Network Services" bölməsi "Sony" şirkətinə 257,5 milyard yena (təxminən 2,5 milyard dollar) qazandırıb.

"Microsoft" iyunun 30-da 2014 maliyyə ilinin dördüncü rübünə yekun vurub. Nəticələrə görə, xalis mənfəət 7% azalaraq 4,6 milyard dollaradək azalıb, "Microsoft"un bir rüb ərzində mədaxili 17% artaraq 22,38 milyard dollaradək artıb. Bu halda "Xbox" platformasından əldə olunan gəlir 14% (ötən ilin müvafiq rübü ilə müqayisədə) 204 milyon dollaradək artıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL