“Windows XP” bir çox təşkilatlarda hələ də istifadə olunur
Məlum olduğu kimi, 2014-cü ilin aprelində “Microsoft” korporasiyası rəsmi şəkildə “Windows XP” əməliyyat sisteminin (ƏS) dəstəyini dayandırıb, yəni artıq bu ƏS üçün üç aydır ki yeniləmə paketi buraxılmır və bu platforma ilə işləyən kompüterlər hücuma meyillidirlər.
Buna baxmayaraq, köhnə ƏS bir çox şirkətlərdə hələ də istifadə olunur. “Adaptiva” şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələri bunu təsdiq edir.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Microsoft”un İT mütəxəssis və korporativ tərtibatçılar üçün "TechEd North America 2014" konfransının iştirakçıları arasında keçirilmiş tədqiqat nəticəsinə əsasən, respondentlərin 53%-i bildirib ki, onların təşkilatlarında hələ də “Windows XP” sistemi ilə işləyən kompüterlər var.
Qeyd edək ki, tədqiqat iştirakçılarının təxminən 43%-ni 10 mindən çox FK-yə (masaüstü, noutbuk və serverlər daxil olmaqla) malik şirkətlər təmsil edib, onların 13%-də istifadə edilən FK-in sayı 100 mini ötür, ona görə “XP” sisteminin populyarlığı əvvəlki kimi kifayət qədər böyükdür.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL