waplog

Yaponiyada beyin dalğaları üzrə şəxsiyyətin identifikasiyası texnologiyası hazırlanıb


Yaponiyada beynin elektrik aktivliyi üzrə şəxsiyyətin identifikasiyası texnologiyası ərsəyə gətirilib. Barmaq izlərindən fərqli olaraq onu saxtalaşdırmaq və oğurlamaq qeyri-mümkündür.

Professor Hideaki Karayamanın sözlərinə görə, texnologiyadan parol və ya barmaq izləri və ya qüzehli qişaya oxşar qapı kilidi kimi istifadə etmək olar.

“Beyin siqnallarını heç kim oğurlaya bilməz. Onları digər biometrik göstəricilərlə əlaqələndirsək, birmənalı olaraq şəxsiyyəti müəyyənləşdirmək olar”, - o qeyd edib.  

Texnologiyanın əsasını beynin elektrik aktivliyinin xüsusi ritmlərinin – səs və ya təsvirlərin başa düşülməsindən bir neçə saniyə sonra qeydə alınan “P300” dalğalarının tutulması təşkil edir. Sınaqlar zamanı professor tələbələrə fotoşəkilləri nümayiş etdirib, musiqi səsləndirib və onların beyin aktivliyini müəyyənləşdirib. Nəticədə o, elektroensefaloqram üzrə 90 faizdən çox ehtimal ilə şəxsiyyəti müəyyənləşdirməyə nail olub.

Alimlər şəxsiyyətin identifikasiyası üçün beynin alfa ritminin tətbiqi üzərində uzun illərdir çalışırlar. Lakin professor Hideaki Karayama digər yolu seçmək qərarına gəlib. O əmindir ki, “P300” dalğaları görülən və ya eşidilənin individual reaksiyası olduğundan bunun üçün daha əlverişlidir, - “İTAR-TASS www.itar-tass.com” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL