waplog

“Qloballaşma şəraitinə uyğunlaşmaqla dolğun biliklərin cəmiyyətə vaxtında və obyektiv çatdırılmasına çalışacağıq”


“Biz qloballaşma şəraitinə uyğunlaşmaqla dolğun biliklərin cəmiyyətə vaxtında və obyektiv çatdırılmasına çalışacağıq. Ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq məfkurəsinin mahiyyət etibarı ilə təbliğ olunması, milli-mənəvi dəyərlərimizin multikulturalizmin hökm sürdüyü cəmiyyətdə yayılması, hər bir vətəndaşın biliklərə və dərin dünyagörüşünə yiyələnməsinin təmin edilməsi və sair istiqamətlərdə hərtərəfli fəaliyyətimiz nəzərdə tutulub”.

Bu fikirləri yeni fəaliyyətə başlayan Prezident Yanında Bilik Fondunun İcraçı direktoru Oqtay Səmədov söyləyib. O, Bilik Fondunda qarşıya qoyulan vəzifələrdən danışaraq bildirib ki, ilkin mərhələdə təşkilatlanma işinə xüsusi diqqət ayrılacaq:
 
“Əlbəttə, biz sağlam kollektivlə işləyəcəyik. Bu, uğurlu təməl üçün əsas şərtlərdən biridir. Qarşımızda müxtəlif vəzifələr durur. Bunlardan biri də sözsüz ki, təbliğat xarakterli tədbirlərdir. Cənab prezident tərəfindən təsdiqlənmiş Nizamnaməmizdə olduqca əhatəli fəaliyyət nəzərdə tutulub. Çalışacağıq ki, bizə göstərilən etimadi doğruldaq”.
 
 
Qarşıdan gələn bilik gününə hazırlıqların başlanıldığını vurğulayan direktor sözügedən gündə müxtəlif tədbirlərlə çıxış etmək niyyətində olduqlarını dilə gətirib. O.Səmədovun sözlərinə görə, Bilik Fondunun fəaliyyəti Azərbaycanın hər bir bölgəsini, hətta ucqar kəndlərini də əhatə edəcək:
 
 “Müxtəlif qurumlarla, gənclər təşkilatları, ziyalılarla, eləcə də xarici ölkələrdəki diaspor təşkilatları ilə əməkdaşlığa maraq göstərəcəyik. Bizim məlumatlara görə, postsovet məkanının bir sıra respublikalarında bilik cəmiyyəti, bilik ictimai birlikləri, bilik fondları adı altında bir sıra qurumlar fəaliyyət göstərir. Bu qurumlarla da əməkdaşlıq etməyə çalışacağıq”.
 
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL