waplog

BMTİP gender bərabərliyinin irəliləyişi üçün İKT-dən istifadə edəcək


BMTİP qadınların səlahiyyətlərinin genişləndirilməsi üçün virtual diskussiyalar təşkil edəcək. Bu müzakirələr 2014-2017-ci illər üzrə BMT İnkişaf Proqramının (BMTİP) “Gender Bərabərliyi Strategiyası” çərçivəsində həyata keçiriləcək. Sözügedən sənəd “Bizim istədiyimiz gələcək: hüquqlar və səlahiyyətlər” devizinə əsaslanır.
 
Təşkilatın Azərbaycan nümayəndəliyindən qeyd edilib ki, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələsi BMTİP-in inkişaf fəaliyyətində və təşkilat çərçivəsində fəaliyyətinin əsas hissəsidir. Strategiya da bu prinsipi təmin edəcək:
 
 “Bu strategiya vasitəsilə yoxsulluq, bərabərsizlik və təcridçiliyi azaltmaq üçün ölkələrə dəstək vermək məqsədilə gender bərabərliyi və qadınlara səlahiyyət verilməsini hərtərəfli təmin etməkdə BMTİP-ə yardım etmiş olunur.  Xüsusilə, strategiya BMTİP-in 2014-2017-ci illər üzrə Strateji Planını həyata keçirmək üçün gender məsələsini önə çəkmək üçün BMTİP-in biznes fəaliyyətinə ətraflı təlimat verib. Bura strateji planın yeddi nəticəsi üzrə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasında yollar daxildir. Bu strategiya həmçinin təşkilatda missiyamızın həyata keçməsinə töhfə və təşkilatın inkişafı üçün qadın və kişilərin bərabər hüquqa malik olduğu iş yerlərinin yaradılması və dəstəklənməsi, gender bərabərliyi üzrə əldə olunan nəticələrə hər staj səviyyəsindən olan BMTİP heyətinin məsul olmasını təmin etməklə institusional mexanizmlərini özündə vurğulayır”.
 
Bura gender ekspert heyəti və gender bərabərliyi üçün insan resursları öhdəlikləri, sonrakı Gender Tarazlığı Sertifikasiya Proqramlarının həyata keçirilməsi və Gender İstiqamətləndirici və İcra Komitələrinin davamlı istifadəsinə dair davamlı fəaliyyət daxildir:
 
 “Bu strategiya gender bərabərliyinin inkişafına nail olmaqda BMT-nin Qadınlar üzrə Proqramı da daxil olmaqla BMT sistemi, vətəndaş cəmiyyət və özəl sektorla birlikdə əməkdaşlığı tanıyır”.
 
 
Strategiyada “Biliyin idarəolunması və kommunikasiyalar” istiqaməti də yer alıb. Qadınların mənafeyinə biliyin idarəolunmasına hər zaman dəstək verəcəyini bəyan edən BMTİP bunu ixtisaslaşmış beynəlxalq şəbəkələrin, xüsusən də BMT-nin Qadın Təşkilatının Qadınların iqtisadi imkanlarının və biliyinin genişləndirilməsi üçün BMT şlüzü və onlayn fəaliyyət göstərən Qadınların siyasətdə iştirakı məsələləri üzrə beynəlxalq şəbəkə (International Knowledge Network of Women in Politics (iKNOW Politics)) hesabına həyata keçirməyi nəzərdə tutur. Həmçinin virtual debatlar, təlim mübadiləsi və bilik məhsullarının yayılması BMTİP-in ölkələrdə yerləşən nümayəndəliklərinin tələbləri əsasında təmin ediləcək.
 
Təşkilat xüsusən də Latın Amerikası, Avropa və Müstəqil Dövlətlər Birliyi, Asiya və Sakit Okean ölkələrində uğurlu bilik platformaları və şəbəkələrin yayılmasına dəstək olacaq. Eyni zamanda, strategiyaya əsasən, BMTİP informasiya və kommunikasiya texnologiyalarına (İKT) da xüsusi diqqət yetirəcək.
 
Belə ki, qadınların imkanlarının genişləndirilməsi və gender bərabərliyinin irəliləyişi üçün məhz İKT-dən istifadə ediləcək.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL