waplog

Bakıda gənc alim və mütəxəssislərin I Beynəlxalq elmi konfransı keçiriləcək


15-16 oktyabr tarixlərində Bakı şəhərində “Fundamental və tətbiqi elmlərin (yer, texnika və kimya elmləri) aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I Beynəlxalq elmi konfransı keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşəbbüsü, AMEA Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə dünyanın 50-dən çox ölkəsindən gənc alimin iştirakı gözlənilir.
 
Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirir ki, konfrans çərçivəsində çıxışlar texnika, yer və kimya elmləri üzrə multidissiplinar xarakterli 10 elmi istiqamətdə qruplaşdırılıb.
 
AMEA-dan verilən məlumata görə, müxtəlif elmlərin təmasında aparılan araşdırmalar yüksək elmi-təcrübi əhəmiyyət daşımaqla yanaşı, yeni elmi tədqiqat istiqamətlərinin yaranmasına şərait yaradır. Məhz belə istiqamətlərin olması elmin bir sıra fundamental və tətbiqi problemlərinin həllində müsbət nəticə verir.
 
 Buna görə də, təşkilat komitəsi seçim zamanı fənlərarası elmlərin qovşağında aparılan tədqiqatların nəticələrini özündə əks etdirən tezislərə üstünlük verəcək.
 
 
Qeyd edək ki, tezislərin son qəbul tarixi 15 sentyabr 2014-cü ildir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL