ABŞ yeni nəsil “GPS” naviqasiya peyki buraxıb
ABŞ-ın Florida ştatında “GPS” orbital qruplaşmasını tamamlayacaq yeni nəsil naviqasiya peyki ilə “Atlas 5” raketdaşıyıcısı buraxılıb. “GPS 2F” adlı aparatla raket ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral kosmodromundan start götürüb.
“GPS 2F” ABŞ-ın “Boeing” və “Lockheed Martin” korporasiyalarının birgə müəssisəsi olan "United Launch Alliance” şirkəti tərəfindən orbitə çıxarılıb.
“GPS 2F” ABŞ naviqasiya sisteminin hərbçiləri və vətəndaşları yüksək dəqiqlikli informasiya ilə təchiz edən mövqe sisteminin köhnəlməkdə olan aparatlarını əvəz edəcək 12 peykdən yeddincisidir. Bu seriyadan olan ilk aparat kosmosa 2010-cu ildə göndərilib.
“Biz naviqasiya peyklərinin əvəzlənməsi üzrə proqramın həyata keçirilməsini davam etdiririk. Yeni aparatlar “GPS” sisteminin etibarlığını artıracaq və işini yaxşılaşdıracaq”, - ABŞ HHQ general-leytenantı Cey Reymond deyib. ABŞ hərbçiləri qeyd edirlər ki, Müdafiə Nazirliyi tərəfindən hazırlanan və istismar edilən qlobal mövqe sistemindən (Global Position System - GPS) dünyada milli müdafiə məqsədləri ilə yanaşı, mülki məqsədlər üçün istifadə edilir.
“GPS” peyk sistemləri genişlik, uzunluq, hündürlük və vaxtı dəqiq qiymətləndirən naviqasiya siqnalı ötürür. Mütəxəssislərin sözlərinə görə, sistemdən hazırda dünyada 1 milyard insan istifadə edir.
“GPS 2F”-i hazırlayan “Boeing” korporasiyasının nümayəndələri bildiriblər ki, yeni peykdə enerji qismində günəş işığından istifadə olunur. İstismar müddəti 12 il təşkil edən aparatın dəyəri 245 milyon dollar qiymətləndirilir. “GPS 2F”-in siqnal dəqiqliyi əvvəlki naviqasiya peyklərinə nisbətdə iki dəfə yüksəkdir.
Bundan başqa, aparat dəyişkən gücə malikdir ki, bu da döyüş əməliyyatları zamanı siqnalın zəifləməsi şəraitində maneələrdən mühafizəni artırmağa imkan verir.
“GPS” sisteminə 30 fəaliyyət göstərən peyk daxildir, - “İTAR-TASS www.itar-tass.com” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL