I Avropa Oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili üzrə işlər davam etdirilir
I Avropa Oyunlarının ölkəmizdə uğurla keçirilməsinə hazırlıq işləri gedir, o cümlədən Olimpiya oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində aparılan işlər davam etdirilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013" adlı illik hesabatda qeyd olunur ki, I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin tövsiyələrinə uyğun olaraq, oyunların keçiriləcəyi 20 stadion, arena, idman mərkəzlərinin və 41 təşkilati məkanın keyfiyyətli, fasiləsiz, dayanıqlı telekommunikasiya, internet və mobil xidmətlərlə nazirlik tərəfindən təmin edilməsi nəzərdə tutulur.
Oyunların keyfiyyətli və dayanıqlı telekommunikasiya və radiotezliklərlə təmin edilməsi məqsədilə I Avropa Oyunlarının təşkili üzrə yaradılmış Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilə nazirlikdə mütəmadi müzakirələr aparılır, rabitə xidmətlərinə olan tələbatlar müəyyənləşdirilir və oyunların sözügedən xidmətlərlə təminatı üçün müvafiq işlər görülür.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL