waplog

İyulun 1-dən 2686 fiziki şəxs elektron qeydiyyatdan keçib


İyul ayının 1-dən indiyədək respublika ərazisində 11054 fiziki şəxs qeydiyyatdan keçib ki, onların da 2686 nəfəri elektron imkanlardan yararlanıb.

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən verilən məlumata görə, Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş 4997 fiziki şəxsin 1503-ü, ərazi vergi orqanları üzrə qeydiyyatdan keçmiş 5850 fiziki şəxsin 1126-sı elektron qeydiyyat xidmətindən istifadə edib.

Qeyd edək ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin elektron qeydiyyatına bu il iyul ayının 1-dən etibarən başlanıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL