Azərbaycan "Təhsildə pedaqoji texnologiyalar və innovasiyalar" forumunda təmsil olunub
Rusiyanın Sankt-Peterburq şəhərində "Təhsildə pedaqoji texnologiyalar və innovasiyalar" mövzusunda VI Beynəlxalq pedaqoji forum keçirilib.
Azərbaycan Təhsil Nazirliyindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, forumda Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Türkiyə və Bolqarıstandan nümayəndələr iştirak ediblər.
Azərbaycanı bu forumda Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının tədris işləri üzrə direktor müavini Sevinc Tahirova və fizika müəllimi Rəna Ağazadə təmsil ediblər.
Tədbirdə Rəna Ağazadə "Azərbaycan təhsilində innovativ nailiyyətlər" mövzusunda məruzə ilə çıxış edib.
Forumun sonunda Azərbaycan nümayəndələri diplom və sertifikatlarla təltif olunublar.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL