waplog

“Microsoft” və “Intel” şirkətləri “Sharks Cove” lövhəsini nümayiş etdirib


“Microsoft” şirkəti “Intel” korporasiyası və “CircuitCo” şirkəti ilə birgə “Sharks Cove” lövhəsini buraxıb ki, bu da müəyyən dərəcədə “Raspberry Pi” lövhəsinin analoqudur.

 “hi-news.ru” saytına istinadən bildirir ki, “Sharks Cove” lövhəsi Intel "Bay Trail" Atom Z3735G prosessoru, 1 QB DDR3 əməli yaddaşı və 16 QB daxili yaddaş, MicroSD slotu, HDMI və USB 2.0 konnektorları ilə təchiz edilib. “Atom Z3735G” prosessoru dörd hesablama nüvəsindən ibarətdir. Lövhənin ölçüsü 10x15 santimetr təşkil edir.

Lövhə aparat təminatı və müxtəlif drayverlərin yaradılması üzərində işləyən istehsalçılar üçün buraxılıb. Bu halda qurğu həm “Windows”, həm də “Android” mühiti ilə işləmək üçün istifadə oluna bilər.
Qurğunun qiyməti 300 dollardır.

Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL