waplog

Britaniya alimləri: videooyunlar uşaqların inkişafına müsbət təsir göstərir


Oksford Universitetinin tədqiqatçılarının araşdırmasına görə, uşaqların  kompüter oyunlarına marağı onların inkişafına müsbət təsir göstərə bilər.
 
“ICTnews" elektron xəbər xidməti “http://www.bbc.co.uk” saytına istinadən bildirir ki, alimlərin gəldiyi nəticəyə əsasən, gündə ən azı bir saat kompüter oyunu oynayan uşaqlar ümumiyyətlə oynamayanlarla müqayisədə daha təmkinlidirlər.
 
Amma gündəlik üç saat oynayan istifadəçilərdə həyatdan məmnunluq səviyyəsi aşağı olub.
 
Araşdırmanın nəticələri "Pediatriya" jurnalında dərc olunub.
 
Layihənin direktoru, psixoloq Endryu Prjibilskiy 10-15 yaşlı 5 min uşaq arasında sorğu keçirib. Rəyi soruşulmuşların təxminən 75%-i bildirib ki, gündəlik kompüter oyunları oynayırlar.
 
Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL