waplog

2014-cü ildə çiplərin satış həcmi ötənilki rekordu təzələyə bilər


Beynəlxalq yarımkeçirici sənayesi assosiasiyasının (Semiconductor Industry Association, SIA) məlumatına görə, 2014-cü ilin ikinci rübündə yarımkeçirici istehsalçılarının qlobal gəliri 82,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 10,8% yüksəkdir.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, indiki dinamika ondan xəbər verir ki, çip sənayesinin həcmi, hətta korrektə edilmiş proqnozu ötəcək, SIA-nın prezidenti və icraçı direktoru Brayan Tuxi (Brian Toohey) deyib.
 
Başqa sözlə, 2014-cü ildə mikrosxem bazarında rekord artım tempi nümayiş oluna bilər ki, bu da 2013-cü ildə qeydə alınmış maksimum göstəricidən yuxarı olacaq.
 
Yarımkeçirici seqmentdə irəliləmə bir neçə amillə izah olunur. Brayan Tuxi bu amillərə yaddaş çipləri qiymətlərinin sabitləşməsini, əsas yarımkeçirici istehsalçılarından biri fərdi kompüter bazarında vəziyyətin düzəlməsi və smartfonlara yüksək tələbatın saxlanılmasını nümunə göstərib. Bundan başqa, çiplər avtomobil, tibbi avadanlıq və "Əşyaların İnterneti" anlayışı altında birləşdirilmiş başqa qurğularda geniş tətbiq olunur.
 
Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL