“Xiaomi” Çin bazarında birincidir
“Canalys Research” analitik şirkətinin hesabatına əsasən, 2014-cü ilin ikinci rübünün nəticəsinə görə, “Xiaomi” şirkəti Çində ən böyük smartfon tədarükçüsü olub.
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ikinci rübdə Çinə 108,5 milyon smartfon tədarük edilib ki, bu da 2013-cü ilin ikinci rübü ilə müqayisədə 37% yüksəkdir. Çin “ağıllı” telefonlar üçün ən böyük bazar hesab edilir: 2014-cü ilin ikinci rübündə dünyada 292,4 milyon qurğu tədarük edilib ki, bu da ötən illə müqayisədə 23% yüksəkdir.
Beləliklə, Çin bazarında mühüm bazar payına malik olan şirkətlər dünya bazarının vacib “oyunçusuna” çevrilirlər. Bir ildə öz tədarükünü 240% yüksəltmiş “Xiaomi” şirkəti Çin bazarında birinci olub. “Samsung” şirkəti ikinci olub. “Lenovo”, “Yulong” və “Huawei” şirkətləri sonrakı yerdə qərarlaşıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL