Bill Qeyts “Microsoft”un səhmlərini niyə satır?
“Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts 2014-cü il iyulun 24-dən 30-dək müddətdə şirkətin 20 milyon səhmini sataraq təxminən 882 milyon dollar qazanıb. Artıq proqram nəhənginin 300 milyondan az səhmi milyonçunun sərəncamındadır. “Computerworld” nəşri yazır ki, “Microsoft”un keçmiş baş direktoru hər il şirkətin 80 milyon səhmini satır.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, səhmlərdən əldə olunmuş vəsait dünyanın ən böyük xeyriyyəçilik fondu olan Bill və Melinda Qeyts Fonduna köçürülür.
Qeyts hazırda “Microsoft”un təxminən 298 milyon səhminə sahibdir, ümumi qiyməti 12,9 milyard təşkil edir. Əgər Qeyts bu templə davam etsə, o zaman 2018-ci ildə “Microsoft”un həmtəsisçisi proqram korporasiyasının səhmlərindən “qurtulacaq”.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL