waplog

Günəş batareyası ilə təchiz edilmiş elektrik avtomobili rekorda imza atıb


“Engadget” nəşri yazır ki, günəş batareyası ilə işləyən “Sunswift eVe” elektrik avtomobili saatda 96 km sürətlə hərəkət edən ilk avtomobil olub.
 
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Avstraliyada keçirilmiş sınaq yürüşündə bu rekorda imza atılıb, elektrik avtomobili 500 kilometr məsafə qət edib. Əvvəlki rekord (72 km/saat) 20 il bundan əvvəl olub və çoxsaylı cəhdlərə baxmayaraq, yalnız indi yenilənib.
 
“Sunswift eVe” elektrik avtomobili, həmçinin 800 Vattlıq günəş batareyası ilə təchiz edilib, amma yürüş zamanı işləməyib. Günəş batareyası ilə işləyən avtomobil üçün sürət rekordu 89 km/saat təşkil edir və “Sunswift IV” avtomobilinə məxsusdur.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL