waplog

İT sahibkarları üçün yeni imkan


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Stavropol vilayəti Sənaye-Ticarət Palatası arasındakı ilkin razılaşmaya  əsasən Stavropol şəhərində Azərbaycanda istehsal olunan  məhsulların  sərgi-yarmarkası keçiriləcək.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə ASK-dən məlumat verilib. Konfederasiyadan bildirilib ki, sözügedən sərgi-yarmarkanın bu ilin sentyabr  ayında keçirilməsi nəzərdə  tutulub.
 
Yarmarkada ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına istehsal etdikləri məhsulları nümayiş etdirməsi üçün şərait yaradılacaq. Onlar məhsullarını  təşviq etməklə alıcı, partnyor tapa  bilərlər. Sərgiyə çıxarılan məhsullar informasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla bütün sahələri əhatə edəcək.
 
 
İştirak etmək istəyənlər  bu ayın 25-nə kimi ASK-ya müraciət edə bilərlər.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL