“Lenovo” şirkəti yeni smartfonunu nümayiş etdirib
Çinin “Lenovo” şirkəti yeni qabaqcıl “Vibe Z2 Pro” aparatını nümayiş etdirib. Fablet 6 düymlük “Quad HD” (2560x1400) təsvir ölçülü ekrana, tamamilə metaldan düzəldilmiş korpus və 4000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.
Müqayisə üçün qeyd edək ki, “Samsung Galaxy Note 3” akkumulyatorunun tutumu 3200 milliamper/saat, “HTC One Max” 3300 milliamper/saat. Bu halda “Lenovo”nun smartfonunun qalınlığı 7,7 mm və çəkisi 179 qramdır.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Vibe Z2 Pro” smartfonu 2,5 QHs takt tezlikli dördnüvəli “Snapdragon 801” prosessoru, 3 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. Arxa kameranın təsvir ölçüsü 16 meqapiksel təşkil edir.
Qurğu “Android 4.4” (KitKat) platforması ilə işləyir və iki SİM kart dəstəkləyir. “microSD” slot yoxdur.
Yeni aparatın çıxarılması sentyabra planlaşdırılıb. Aparat qızılı, qara və titan rənglərdə əlçatandır. Yeni cihazın qiyməti haqda məlumat yoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL