“Belkin WeMo” avtomatlaşdırma sistemi artıq “Android” ilə işləyir
“Belkin WeMo” evin avtomatlaşdırılması sistemi bazarda uzun müddətdir ki, fəaliyyət göstərir.
“ICTnews” xəbər xidmətinin “Gadgeteer” nəşrinə istinadən verdiyi məlumata əsasən, bu yaxınlaradək həll təkcə “iOS” əsasında işləyən mobil qurğularla işləyirdi. Lakin vəziyyət artıq dəyişib və “Belkin WeMo” ilə işləmək üçün əlavə proqram “Google Play”də yerləşdirilib.
Əslində yeni “Android” əlavəsi onun “iOS” analoqunun bütün funksiyalarını yerinə yetirir. Proqram “WeMo Light Switch”, “WeMo Switch”, “WeMo Motion” və “WeMo Insight Switch” qurğularını idarə etmək üçün nəzərdə tutulub.
Servis smartfonların işinə dünyanın istənilən nöqtəsində nəzarət etməyə, onlardan daxil olan məlumatlara baxmağa, onların “tək” və ya “kollektiv” şəkildə müəyyən əmək qaydalarını yaratmağa imkan verir. Ayrıca qeyd edək ki, servis IFTTT-ni dəstəkləyir.
Yeni proqramın işini təmin etmək üçün “Android 4.0.” əlavəsinin mövcudluğu mütləqdir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL