waplog

“Elektron hökumət” portalında yeni xidmət növlərinin və funksiyaların yaradılması planlaşdırılır


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Elektron hökumət" portalı çərçivəsində reallaşdırdığı işlər gələcək planlara, atılmalı addımlara təkan verir. Bu sahəyə yönəlmiş böyük maraq portal üzərində öhdəlikləri artırır, daha yaxşıya doğru dəyişməyi, inkişaf etməyi sürətləndirir. 
 
Portalın istifadəyə verildiyi ilk vaxtlarda portala inteqrasiya edilməli xidmətlər yalnız qurumların təqdim etmək istədikləri e-xidmətlərlə məhdudlaşırdısa, hal-hazırda elektron xidmətlər ictimai maraq və təlabata uyğun seçilir və cəmiyyət üçün aktual xidmətlərin portala inteqrasiyası, eləcə də mövcud elektron xidmətlərin keyfiyyəti üzərində işlər aparılır.
 
Hazırda RYTN-in Məlumat Hesablama Mərkəzi portalda rəsmi yazışmalar, dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna onlayn yazılmaq, şikayət və ərizələrin göndərilməsi və izlənilməsi, şəxsi kabinet kimi və s. yeni xidmət növləri və funksiyalar yaratmağı nəzərdə tutur.
 
Qeyd edək ki, görülən işlər və dövlət qurumlarının informasiya ehtiyatlarının portala inteqrasiyası başa çatdıqdan sonra  göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi, çeşidi və keyfiyyəti daha da yüksəlmiş olacaq.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL