waplog

Azərbaycanda İT sektorunun artım tempi ilbəil artmaqdadır


İT sektorunun artım tempi İKT sektorunun ümumi artım tempindən daha yüksəkdir və ilbəil xüsusi çəkisi artmaqdadır. “İT sənayesi: mövcud vəziyyət” ilə bağlı bu məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda yer alıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, 2013-cü ildə 2012-ci illə müqayisədə İT-nin ümumi sektorunda xüsusi çəkisi 8,6%-dan 10,5%-a yüksəlib. 2013-cü ildə ölkənin İT sektorunun gəlirləri 219,1 milyon ABŞ dollarına çatıb və əvvəlki illə müqayisədə 1,3 dəfə genişlənib.
 
İT sahəsində xüsusilə kompüter periferiya avadanlıqlarının və proqram təminatının topdansatışında 107,2%, proqram təminatının işlənməsində 63,5%, elektron və radioelementlərin istehsalında 56,4% artım müşahidə olunub. Ölkənin İT sektorunda istehsal sahəsi ilbəil daha da artmaqdadır. Hazırda ölkənin İT sektorunda istehsal sahəsinin xüsusi çəkisi 31,5%, xidmət-ticarət sahəsinin isə 68,5% təşkil edir. 2009-cu ildə isə bu nisbət müvafiq olaraq 24,4% və 75,6% təşkil edib.
 
 
Ümumiyyətlə, bu gün Azərbaycanda İT sənayesi inkişaf edir, yerli şirkətlərin peşəkarlıq səviyyəsi yüksəlir, ölkənin İT şirkətləri yerli layihələrlə yanaşı, Cənubi Qafqazda və Mərkəzi Asiya ölkələrində layihələr icra edir. Azərbaycanda istehsal olunan kompüterlər, elektron avadanlıqlar və proqram təminatı region bazarlarına ixrac olunur.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL