waplog

AMOLED bazarının həcmi ildə 32 faiz artacaq


 
"UBI Research" tədqiqat şirkətinin proqnozuna əsasən, bir neçə il sonra "AMOLED" ekran bazarında artım tempi yüksələcək və bu artım hər il təxminən 33 faiz artım təşkil edəcək.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2014-cü ilin yekununa görə "AMOLED" əsasında hazırlanmış panellərin satış həcmi 10 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da ötən illə müqayisədə 10 faiz daha yüksəkdir. 2016-cı ildə bu bazarın həcmi təxminən 14,8 milyard dollara çatacaq ki, bundan sonra belə ekran istehsalçılarının ümumi gəliri hər il təxminən 32 faiz artacaq və 2020-ci ilədək 46,5 milyard dollar təşkil edəcək.
 
2014-cü ilin birinci yarısının yekununa görə, "AMOLED" panellərin satış həcmi əvvəlki altı ayla müqayisədə 21 faiz yüksələrək 5 milyard dollar təşkil edib. Bu irəliləmə "AMOLED" ekranlarla təchiz edilmiş smartfonların sayının artması nəticəsində mümkün olub.

 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL