RYTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi texniki avadanlıqlarını yeniləyir
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi texniki avadanlıqların satınalınması üzrə təkliflər sorğusu elan edib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, təkliflər sorğusu "Data Mərkəz" və "IP əsaslı Kommutasiya Mərkəzi" layihələri üzrə daşıyıcı xətlərin (link) və son qurğularla arabağlantıların (keçid) həlli üçün müvafiq texniki avadanlıqların satın alınmasını nəzərdə tutur.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər avqustun 14-dək qəbul olunur. Maraqlanan təşkilatlar (012) 493 22 59 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL