Yüksək sürətli “LTE-Advanced” şəbəkəsinin əhatə dairəsi genişlənir
Planetdə tədricən yüksək sürətli “LTE-Advanced” şəbəkəsinin əhatə dairəsi genişlənir.
“ABI Research” analitiklərinin məlumatına görə, 2014-cü il martın sonunda dünyada təxminən 60 “LTE-Advanced” şəbəkəsi qeydə alınıb. Onların 22-si Qərbi Avropa, 16-sı Asiya-Sakit okean regionu, 5-i Şimali Amerikanın payına düşüb.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin proqnozuna görə, bu ilin sonunadək buraxılmış 3,6 milyon mobil qurğu “LTE-Advanced” texnologiyası üzrə 300 Mbit/s sürətli interneti dəstəkləyəcək. 2019-cu ildə sözügedən cihazların tədarük həcmi 347 milyona çatacaq ki, bu da “LTE” bazarının 24%-nə uyğun olacaq. Analitiklər hesab edir ki, 300 Mbit/s sürətdə məlumatları yükləməyə imkan verən mobil modemlər çətin ki 2017-ci ilədək kommersiya cihazlarına quraşdırılacaq.
Beşinci nəsil (5G) şəbəkəsinin yaranması üçün əsas ilkin şərtlər internetə qoşulmuş qurğuların sayı və məlumat trafikinin artımı, həmçinin istifadəçilərin mobil genişzolaqlı internet şəbəkəsinə tələbləri çoxalıb: məlumatların yüksək sürətlə ötürülməsi, kiçik gözləmə müddəti, yüksək etibarlılıq, aşağı enerji sərfiyyatı və qiymət.
“Ericsson” şirkətinin bu yaxınlarda dərc edilmiş hesabatına əsasən, beş il sonra mobil rabitə abunəçilərinin sayı 9,2 milyarda çatacaq. 2019-cu ilədək mobil qoşulmaların təxminən 33%-i “LTE” şəbəkəsində həyata keçiriləcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL