waplog

Amerikalıların əksəriyyəti bu smartfonu satın almaq istəyir


“R.W.Baird” analitik şirkətinin minlərlə amerikalı arasında keçirdiyi sorğuya əsasən, “iPhone 6” smartfonunu satın almaq istəyənlərin sayı artıb. Əvvəlki sorğu 2014-cü ilin fevralında olub, o zaman aparatı görmədən onu almaq istəyənlərin sayı 4,4 faiz təşkil edib. İyula olan məlumata görə, bu göstərici 6,8 faizədək artıb.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, sorğuya əsasən, “iPhone 6” aparatı “iPhone 5s” ilə müqayisədə daha çox diqqət cəlb edir. Analitiklər qurğu təqdim olunanadək ona marağın artacağını istisna etmirlər.
 
Ənənəvi olaraq “iPhone 6” smartfonuna alıcı marağı “Apple” smartfonuna malik olan insanlar arasında yüksəkdir. “Bu, hər bir-iki ildən bir ən yeni cihaza pul xərcləyən insanlardır”, – analitiklər deyirlər.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL