waplog

“Elektron Hökumət” portalına əmlak məsələləri üzrə daha altı yeni elektron xidmət inteqrasiya edilib


Əmlak Məsələləri Dövlət Komitəsinin daha altı yeni elektron xidməti “Elektron Hökumət” portalına inteqrasiya edilib. Bu xidmətlərə “Servitutun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu ”, “Servitutun dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu”, “Məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi”, “Daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) tərtib edilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” və “Daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” daxildir.
 
Qeyd olunan e-xidmətdən yararlanmaq üçün müvafiq autentifikasiya vasitələrindən istifadə edərək portala giriş tələb olunur. Aidiyyəti məsələlər üzrə müraciət edən ərizəçinin şəxsiyyəti sistem vasitəsilə avtomatik müəyyən edilir. Bu xidmətlərdən etibarnamə vasitəsi ilə səlahiyyətli seçilən şəxslərin istifadəsinə də şərait yaradılıb.
 
Xidmət istifadəçilərinin işini səmərəliləşdirmək məqsədilə müraciət ərizələrinə əlavə olunmalı sənədlər üçün ayrıca sənəd yükləmə düymələri yerləşdirilib. Eyni zamanda istifadəçilər dövlət rüsumunu online rejimdə internet vasitəsilə ödəyə bilirlər.
 
Əmlak Məsələləri Dövlət Komitəsinin səmərəli elektron əmlak idarəçiliyi və qeydiyyat sisteminin formalaşdırılması istiqamətində gördüyü işlər sırasında istifadəçi-mərkəzli xidmətlərin yaradılmasına xüsusi diqqət ayrılır. Komitə tərəfindən təqdim edilən bu altı xidmət xüsusilə də sahibkarların işinin asanlaşdırılması və səmərəliliyin yüksəldilməsi üçün nəzərdə tutulub. Həmçinin, komitə tezliklə istənilən daşınmaz əmlak barədə məlumatın daşınmaz əmlakın dövlət reyestrindən elektron şəkildə əldə olunmasının mümkün edilməsi üzərində işləyir.
 
Qeyd edək ki, “Elektron Hökumət” portalı üzərindən Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi e-xidmətlərin sayı artıq 28-ə çatdırılıb.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL