“Azərkosmos” iki tender qalibi ilə müqavilə imzalayıb
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti “Sinam” şirkəti ilə əməkdaşlıq haqda müqavilə imzalayıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, “Sinam” şirkəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Çağrı” mərkəzinin yaradılması və Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi və Naxçıvan Telekommunikasiya Qovşağı arasında birbaşa radiorele xəttinin təşkili üçün tələb olunan avadanlıqların, mal-materialların və proqram təminatının alınması, quraşdırılması və sazlanması işlərinin satınalınması üzrə tenderin qalibi olub. Müqavilənin ümumi dəyəri 18894,16 manat təşkil edib.
Bununla yanaşı, “Azərkosmos” ASC “Softlayn İnterneyşnl” şirkəti ilə müqavilə imzalayıb. Müqavilə İT infrastrukturunda informasiya təhlükəsizliyi məqsədi ilə texniki konsultasiya və audit xidmətlərinin göstərilməsini nəzərdə tutur. Müqavilənin ümumi dəyəri 15039,10 manat təşkil edir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL