waplog

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində nanorobotlar və bionanorobotların alınması və tətbiq olunması üzrə işlər aparılır


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nəzdində olan Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində (YTTM) müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya yaradılıb və hazırda nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və tətbiq olunması üzrə işlər aparılır. Mərkəzdə istifadə olunan avadanlıqlar həm “LED” texnologiyası, həm də nanoelektronika üçün yararlı olan universal avadanlıqlardır.
 
 
İT sənayesi və biliklərə əsaslanan iqtisadiyyatın inkişafı ilə bağlı bu məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi-2013” adlı illik hesabatda yer alıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, hesabat dövründə mərkəzdə yeni “A-CVD” metodu ilə alınan karbon nanoboruların polimer texnologiyasında tətbiqləri araşdırılıb və intensiv tədqiqat işləri aparılaraq mühüm nəticələr alınıb. Daha yüksək nəticələrin alınması üçün çip texnologiyasının qurulması nəzərdə tutulur və bu məqsədlə mərhələli davamiyyət planı hazırlanıb, eyni zamanda YTTM-də qurulması üçün lazımi avandanlıqlar alınıb.
 
Mərkəzdə işlənilmiş texnologiya əsasında “LED” əsaslı lampalar istehsal olunur ki, bu ənənəvi istifadə edilən işıq sistemlərindən 50-80 faiz daha qənaətlidir. Pilot layihə olaraq Şəki şəhərində 1 km magistral yol bu lampalar vasitəsilə işıqlandırılıb. Sınaq istismarı mərhələsində olan bu lampalar küçə işıqlandırmasında enerjiyə qənaət edilməsi və ekoloji cəhətdən yararlı işıqlandırma sistemlərindən istifadə etmək məqsədi ilə hazırlanıb.
 
 
Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi beynəlxalq əməkdaşlığın qurulması və inkişaf etdirilməsinə də xüsusi əhəmiyyət verir. Hazırda YTTM tərəfindən Almaniyanın “Leibniz Institute for Solid State and Materials Research”, Drezden va Ulm universitetləri, Yaponiyanın Osaka Universiteti, Türkiyənin Gazi və Bilkent universitetləri, “NANOTAM” Nanotexnologiyalar Mərkəzi, Fransanın Paris “Nanoscience” İnstitutu, İtaliyanın Milli Araşdırma Mərkəzi, Rusiyanın Moskva Dövlət Universiteti ilə əməkdaşlıq edilir və bu çərçivədə kadr hazırlığı aparılır, eyni zamanda təcrübə öyrənilir.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL