Azərbaycan “CEBIT Bilişim-2014” konfransında geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi geniş nümayəndə heyəti ilə Türkiyədə keçiriləcək "CEBIT Bilişim-2014" konfransında iştirak edəcək.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Avrasiya ölkələri arasında ən böyük və əhəmiyyətli tədbirlərdən biri olan "CEBIT Bilişim-2014" qlobal konfransı sentyabrın 11-14-də İstanbulda keçiriləcək.
Azərbaycanı tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə dövlət və özəl qurumların nümayəndələri daxil olacaq.
Tədbirdə 72 mindən çox peşəkar mütəxəssisin iştirakı gözlənilir. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlərin, birgə "B2B" tədbirlərin, tematik sessiyaların, təqdimatların keçirilməsi nəzərdə tutulur.
Sərgi-konfransın əsas müzakirə mövzuları informasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar, "ağıllı" şəhər, "ağıllı" dövlət, "ağıllı" bələdiyyə, elektron hökumət həlləri, İT sahəsində qadınlar, məhdudiyyətsiz məlumat və s. olacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL